AZ

Türkiyə nəhənglərinin borcu açıqlandı: Ən böyük rəqəm “Fənərbağça”dadır

BAKI, 11 aprel. TELEQRAF

Türkiyə Süper Liqasının dörd böyük klubu sayılan “Fənərbağça”, “Qalatasaray”, “Beşiktaş” və “Trabzonspor”un ümumi borcu açıqlanıb.

Teleqraf “Transfermarkt”a istinadən xəbər verir ki, bu rəqəm 1,3 milyard avroya yaxınlaşıb.

Son açıqlanan statistiakaya əsasən, ən çox borcu olan klub 440 milyon avro ilə “Fənərbağça”dır. İstanbul təmsilçisini 430 milyon avro ilə “Qalatasaray”, 420 milyon avro ilə “Beşiktaş” izləyir. “Trabzonspor”un cari borcu isə 75 milyon avrodur.

2025/2026 mövsümündə transfer ən çox xərc “Qalatasaray”da qeydə alınıb. “Sarı-qırmızılılar” 158 milyon avro xərcləyib, 18 milyon avro gəlir əldə edib və nəticədə 140 milyon avro həcmində xalis transfer zərəri ilə üzləşib.

“Fənərbağça” 124 milyon avro transfer xərci çəkib, 52 milyon avro gəlir əldə edib. Komandanın xalis transfer zərəri 72 milyon avro təşkil edib.

“Beşiktaş” isə 99 milyon avro xərcləyib, 72 milyon avro gəlir əldə edib və 28 milyon avro xalis zərər açıqlayıb.

“Trabzonspor” transfer dönəmini mənfəətlə başa vuran yeganə klub olub. “Bordo-mavililər” 39 milyon avro xərcləyib, 44 milyon avro gəlir əldə edərək 5 milyon avro xalis qazanc götürüb.

Seçilən
15
teleqraf.com

1Mənbələr