“Makine ve Kimya Endüstrisi” (MKE) şirkəti Çilidə keçirilən FIDAE 2026 sərgisində öz qabaqcıl müdafiə sənayesi məhsullarını və mühəndislik imkanlarını beynəlxalq iştirakçılara təqdim edir.
MKE-dən “Poliqon”a bildirilib ki, FIDAE 2026-da şirkətin stendi rəsmi nümayəndə heyətlərinin diqqət mərkəzində olub.
Sərgi çərçivəsində Türkiyənin bu ölkədəki səfiri A. İhsan Kızıltan və attaşesi polkovnik Yalçın Aydın, Çili Hərbi Hava Qüvvələrinin İşkişaf və Layihələr üzrə bölmə rəisi briqada generalı Max Carcamo Velasquez, FAMAE dövlət müdafiə şirkətinin baş direktoru briqada generalı Luis Espinoza Villalobos, eləcə də Braziliyanın IMBEL şirkətinin rəhbərliyi MKE-nin stendini ziyarət edib.
Görüşlər zamanı MKE-nin uzunillik təcrübəsi və qabaqcıl mühəndislik imkanları əsasında hazırladığı müdafiə sənayesi məhsulları barədə ətraflı məlumat təqdim olunub.
#gallery-1 {
margin: auto;
}
#gallery-1 .gallery-item {
float: left;
margin-top: 10px;
text-align: center;
width: 100%;
}
#gallery-1 img {
border: 2px solid #cfcfcf;
}
#gallery-1 .gallery-caption {
margin-left: 0;
}
/* see gallery_shortcode() in wp-includes/media.php */

