AZ

GAZ və MAZ arasında bağlanmış yeni saziş Azərbaycan-Belarus iqtisadi əlaqələrinin inkişafının mərkəzində - Minksdən REPORTAJ (FOTO)

Minsk. Trend:

Azərbaycan və Belarus KİV nümayəndələri Belarusun ən irimaşınqayırma müəssisələrindən biri olan, yük və sərnişintexnikasının istehsalı üzrə ixtisaslaşmış Minsk Avtomobil Zavodunuziyarət ediblər.

Trend xəbər verirki, tədbir Gəncə Avtomobil Zavodunda MAZ şassisi əsasında yenikommunal texnika partiyasının (100 ədəd) yığılması ilə bağlısazişin imzalanması çərçivəsində təşkil olunub. Saziş AzərbaycanPrezidenti İlham Əliyev və Belarus Prezidenti AleksandrLukaşenkonun Belarus dövlət başçısının Azərbaycana dövlət səfərizamanı verdiyi tapşırıqların icrası çərçivəsində imzalanıb. SənədiGəncə Avtomobil Zavodunun İstehsalat Birliyinin Müşahidə Şurasınınsədri, Milli Məclisin deputatı Xanlar Fətiyev və “MAZ” ASC-nin başdirektoru Valeri İvankoviç imzalayıblar. GAZ və MAZ arasındaəməkdaşlıq dövlət başçıları tərəfindən qoyulmuş Azərbaycan-Belarusiqtisadi əlaqələrinin genişləndirilməsi və möhkəmləndirilməsinəyönəlib.

KİV nümayəndələrinə 1944-cü ildə əsası qoyulmuş zavodun tarixi,eləcə də yüksək keyfiyyətli yük və sərnişin texnikasının istehsalprosesi təqdim olunub.

MAZ Belarus sənayesinin simvollarından biri, regionda ağır yükavtomobillərinin əsas istehsalçılarından və iri texnikaixracatçılarından hesab olunur. Müəssisə geniş çeşiddə məhsulistehsal edir: yük avtomobilləri, yedəkçi dartıcılar,özüboşaldanlar, avtokranlar, odun daşıyan maşınlar, avtobus vəmikroavtobuslar, trolleybuslar, xüsusi texnika və qoşqular.İstehsal olunan məhsulların nomenklaturası 400-dən artıq model,modifikasiya və komplektasiyanı əhatə edir.

“MAZ” ASC-nin baş direktoru Valeri İvankoviç Trend-ə müsahibəsində yenisazişin əhəmiyyətini xüsusi vurğulayaraq texnoloji tərəfdaşlıq vəistehsal imkanlarının genişləndirilməsinə diqqət çəkib.

“Yeni saziş zavodlarımız arasında əməkdaşlığın ardıcıl vəsistemli inkişafının növbəti mərhələsidir. Son on il ərzində bizAzərbaycanda birlikdə yaratdığımız və inkişaf etdirdiyimiz istehsalüzrə birgə əməkdaşlığı genişləndiririk. Bu, Belarus PrezidentiAleksandr Lukaşenkonun Azərbaycana səfərinin təkan verdiyi mühümtexnoloji inteqrasiyadır. Yeni saziş istehsal həcmlərinin min ədədəqədər artırılması üçün daha geniş perspektivlər açır.

Xüsusi diqqət kommunal texnika istehsalının inkişafınayönəldilib ki, bu da birbaşa sosial məsələlərin həlli və əhalininhəyat keyfiyyətinin yaxşılaşdırılması ilə bağlıdır. Söhbət şəhər vəregionların gündəlik həyatı üçün zəruri olan texnikadan gedir”, –deyə MAZ-ın baş direktoru bildirib.

Gəncə Avtomobil Zavodunun İB Müşahidə Şurasının sədri XanlarFətiyev Trend-əmüsahibəsində qeyd edib ki, Azərbaycan-Belarus iqtisadiəlaqələrinin inkişafının mərkəzində dayandığımız üçün çoxqürurluyuq.

Onun sözlərinə görə, bu gün Gəncə avtomobil zavodu İstehsalBirliyinin bütün uğurları Prezident İlham Əliyevin adı iləbağlıdır:

"2004-cü ildə uzun illər yarımçıq tikililər vəziyyətində qalanbir müəssisə artıq nəinki qərb bölgəsinin, artıq Azərbaycanınavtomobil və kənd təsərrüfatı texnikalarının istehsalı sahəsindəlider bir zavoda çevrilib. İnkişafımızın əsas sıçrayış tempi isəçox şübhəsiz ki, 2006-ci ildə Prezident İlham Əliyevin Belarusarəsmi səfərindən sonra başladı. Hər iki dövlət başçısının vəölkələrimizin dostluq, qardaşlıq münasibətləri ikitərəfliəməkdaşlığımızın ən yüksək səviyyəyə yüksəlməsinə zəmin yaratdı.Azərbaycan-Belarus iqtisadi əlaqələrinin inkişafının mərkəzindədayandığımız üçün çox qürurluyuq. Bu səfərdən sonra müəssisəmizdəyığım xəttləri yaradıldı, müasir texniki avadanlıqlarla təchizolundu, zavodumuzun əməkdaşları xüsusi kurslarda bilik vəbacarıqlarını artırdılar. Bu günə qədər müəssisəmizdə 15 000-dənçox müxtəlif modeldə traktorlar, 4000-dən çox MAZ markalıavtomobillər yığılaraq istifadəyə verilib”. Trend.az xəbər verirki, bu açıqlamanı Gəncə avtomobil zavodu İstehsalat BirliyiMüşahidə Şurasının Sədri, Millət vəkili Xanlar Fətiyev verib".

Onun sözlərinə görə Belarusla iqtisadi əməkdaşlıq layihələridaim dövlət başçımızın diqqət mərkəzində olub:

“Bu il martın 2-də Azərbaycan Respublikasının Prezidenti İlhamƏliyev Bakı Ekspo Mərkəzinin həyətində məişət tullantıları daşıyantexnikalarla tanış olduğu zaman Belarusla ikitərəfli əməkdaşlığıngenişləndirilməsinin vacibliyi ilə bağlı göstərişlərini verəndövlət başçımız müxtəlif layihələrin həyata keçirilməsininvacibliyini vurğuladı. Artıq Minsk Avtomobil Zavodu ilə məişəttullantıları daşıyan texnikalarının istehsalı üçün 100 MAZ markalıavtomobil hissələrinin çatdırılması üçün müqavilə imzalamışıq. Çoxsevindiricidir ki, istehsal etdiyimiz texnikaların bunker hissəsi90 faiz yerli istehsalımızdır və Gəncədə yerli mütəxəssislərimiztərəfindən hazırlanır. Ümidvarıq ki, bu əməkdaşlıq davamlı olacaqvə biz belaruslu həmkarlarımızla müxtəlif layihələri birgə həyatakeçirəcəyik”, - deyə Müşahidə Şurasının Sədri əlavə edib.

Belarus müəssisələri ilə digər layihər haqqında danışan X.Fətiyev avtobus və elektrobusların istehsalına da nəzər salıb.

O qeyd edib ki, artıq bu günə kimi Belarus müəssisələriəməkdaşlıq sayəsində şəhər daxili xidmət üçün nəzərdə tutulan 6avtobus və 4 ədəd eksperimental olaraq E-321 markalı elektrobuslaristehsal olunub. Xüsusi qürur hissi ilə qeyd edirəm ki, buelektrobuslar hazırda işğaldan azad olunan bizim dogma Şuşamızdavətəndaşlarımıza xidmət göstərir. Xüsusilə qürurla qeyd edim ki, buelektrik avtobusları hazırda işğaldan azad edilmiş doğma Şuşamızdavətəndaşlarımıza xidmət göstərir:

“Bu avtobuslar həm ümumi qabaritinə, yanacaq sərfiyatına görə,həm də ekoloji cəhətdən təmiz “Avro-5” standartına cavabverdiyindən Bakıda, həmçinin də Gəncə, Sumqayıt və digər şəhərlərdəistismarı əlverişlidir. Elektrobuslar da həm ekoloji, həm dəyanacağa qənaət baxımından çox sərfəlidir. 83 sərnişinindaşınmasını reallaşdıra biləcək avtobuslar 26 oturacaqla,kondisionerlə, həmçinin məlumat monitoru və video nəzarət sistemiilə təmin olunub. 60 kilometr/saat sürətlə hərəkət edə biləcəkelektrobusun akkumulyatoru şəhər rejimində RGZP/G/300KW 600V-ENdoldurma stansiyası tərəfindən 6 dəqiqə ərzində tam doldurulur vəenerji tam bərpa olunur”, - deyə birliyin Müşahidə Şurasının Sədriqeyd edib.

Xanlar Fətiyev bildirib ki, bundan sonra da Belarus müəssiləriilə birgə əməkdaşlıq istiqamətləri haqqında müzakirələraparacaqlar.

“Belarus texnikaları həm dözümlülüyü, həm də istifaə üçünetibarlılığı ilə seçilir. Gəncə avtomobil zavodu İB-nın istehsaletdiyi texnikalar keyfiyyəti ilə seçilir və istifadəçilərinrəğbətini qazanıb. Əgər avtobus və elektrobuslar üçün sifarişlərolarsa müəssisəmizin texniki bazası və əməkdaşlarımızın bilik,bacarığı sayəsində bu istiqamətdə də böyük miqyaslı layihəllərihəyata keçirməyə imkanımız var”, - deyə X. Fətiyev əlavə edib.

GAZ
GAZ
GAZ
GAZ
GAZ
GAZ
GAZ
GAZ
GAZ
GAZ
GAZ
GAZ
GAZ
GAZ
GAZ
GAZ
GAZ
GAZ
GAZ
GAZ
GAZ
GAZ
GAZ
GAZ
GAZ
GAZ
GAZ
GAZ
GAZ
GAZ
GAZ
GAZ
GAZ
GAZ
GAZ
GAZ
GAZ
GAZ
GAZ
GAZ
GAZ
GAZ
GAZ
GAZ
GAZ
GAZ
GAZ
GAZ
GAZ
GAZ
GAZ
GAZ
Məqalədə:
Seçilən
20
1
az.trend.az

2Mənbələr