AZ

“Bezdik, bu qədər cərimə olmaz, 700 manat ödəmişəm”

Axsham.az saytına istinadən ain.az xəbər verir.

Müğənni Ayaz Qasımov ona yazılan cərimədən narazıçılıq edib. 

Axşam.az xəbər verir ki, sənətçi evinin yaxınlığında marketə gedərkən maşınını saxladığını və ona cərimə yazıldığını bildirib.

Ayaz qeyd edib ki, yolda heç bir qadağan olunmuş nişan yoxdur:

"Heç vaxt belə çəkilişlər etmirəm. Amma  məcbur qalmışam. Yoldan kənar yerdə marketin qarşısında maşın saxlamışam. 60 manat cərimə. 3 gün öncə eyni qaydada 80 manat, 2 bal yazılmışdı. İndi isə 60 manat 2 bal cərimə. Bal niyə? Xahiş edirəm, aidiyyəti qurumlardan bu məsələyə bir əncam çəkilsin. Vallah, bezdik artıq. Yaxşı cəriməni başa düşdük. Dayanma, durmaya görə bal yazılmağı nə dərəcədə düzgündür? Sonra da sürücülük vəsiqəmizə xitam verilir. 

Qaydalara maksimum riayət edən vətəndaş olaraq, tətbiq olunan bu cərimələrdən hədsiz narazıyam. Ötən il mənasız yerə 700 manatdan artıq cərimə ödəmişəm. Kimə də müraciət edirdim baxılmırdı şikayətlərə, deyirlər ödəyin. Bu qədər sərt qaydalara nə gərək var?".

Посмотреть эту публикацию в Instagram

Публикация от Axşam.az (@axsamaz)

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
16
1
axsam.az

2Mənbələr