Misli Premyer Liqasında XXVII turun görüşləri keçirilir.
Offsideplus.az xəbər verir ki, "Qarabağ" bu gün "Şamaxı"nın qonağı olacaq.
Bu komandaların cari mövsümkü oyunları prinsipial keçir.
"Qarabağ" 55 xalla 2-ci yerdədir. 31 xalı olan "Şamaxı" isə 8-ci yerin sahibidir.
MPL, XXVII tur
11 aprel (şənbə)
15:30 “Şamaxı” – “Qarabağ”
Hakimlər: İnqilab Məmmədov, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli
VAR: Kamal Umudlu
AVAR: Vüsal Məmmədov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Şamaxı şəhər stadionu