AZ

Qətər klubunun Zurbirə təklif etdiyi müqavilənin detalları

sport24.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Qarabağ"ın futbolçusu Abdullah Zubir mövsümün sonunda Qətərin "Əl Şahaniyə" klubuna keçəcək. Sport24.az tərəflər arasında əldə olunan razılaşma ilə bağlı məlumat əldə edib.34 yaşlı vingerin Azərbaycan çempionundan ayrılmaq istəməsinin səbəbi də bəllidir. Zubir karyerasının son illərində daha yüksək məvacib qazanmağı hədəfləyir. Hazırda "Qarabağ"da ən çox maaş alan futbolçu məhz odur — illik qazancı 1,2 milyon dollardır.Qətər təmsilçisi isə ona bu məbləğin təxminən iki qatını təklif edib. Bu təklifdən sonra Zubir Ağdam klubu ilə vidalaşmağa qərar verib.Lakin təcrübəli futbolçunun "Qarabağ"la müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Bu səbəbdən klub ya sözləşməni qarşılıqlı razılıqla ləğv etməli, ya da qarşı tərəfdən təzminat almalıdır.Qeyd edək ki, Zubir 2018-ci ildə Fransanın "Lans" komandasından "Qarabağ"a transfer olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
sport24.az

1Mənbələr