''Fənərbaxça'' və Slovakiya yığmasının üzvü Milan Şkrinyar üzücü bir olayla qarşılaşıb.
"Football-plus.az" xəbər verir ki, Türkiyə mətbuatının yazdığına inansaq, təcrübəli futbolçunun Beykozun ən bahalı məhəlləsində yerləşən villasında oğurluq hadisəsi baş verib.
Oğrular evdəki pulları götürərək qaçıblar. Şkrinyar durumu fərq edən kimi yaxınlıqdakı polis idarəsinə yollanaraq hadisə ilə bağlı şikayət edib. Polislər dərhal oğruları yaxalamaq üçün araşdırmaya başlayıblar. İddiaya görə Şkrinyarın evindən 40 min dollara yaxın pul oğurlanıb!
Bir müddət öncə Şkrinyarın evinə onun sifarişlərini çatdırmaq üçün kuryerlər gəlibmiş. İlkin ehtimallara görə onların bu hadisədə əli olduğu güman edilir.
Qeyd edək ki, 31 yaşlı mərkəz müdafiəçisi təxminən ayyarım zədə üzündən ''Fənərbaxça''ya kömək edə bilməmiş və ötən həftəsonu ''Beşiktaş''la derbidə geri dönmüşdü.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta