AZ

50 ildən sonra ilk dəfə Aya uçan kosmonavtlar Yerə eniş edib

Göyərtəsində dörd astronavt olan Amerika Orion pilotlu kosmik gəmisi 50 ildən artıq müddətdə ilk dəfə Aya uçuş həyata keçirdikdən sonra Sakit Okeana uğurla eniş edib.

Musavat.com xəbər verir ki, məlumatı NASA yayıb.

Artemis II missiyasının bir hissəsi olan uçuşda NASA astronavtları Reid Wiseman, Victor Glover və Christina Koch, eləcə də Kanada Kosmik Agentliyinin (CSA) astronavtı Jeremy Hansen iştirak edib. Onlar tərəfindən idarə olunan kosmik gəminin komanda modulu bu gün Bakı vaxtı ilə saat 04:07-də Yer kürəsinin orbitindən çıxdıqdan sonra Kaliforniya sahillərində San Dieqo yaxınlığında yumşaq eniş edib. NASA-nın açıqladığı məlumata görə, xilasedicilər gəmi heyətini sudan götürüblər.

NASA-nın məlumatına görə, astronavtların sağlığı qaydasındadır. Onlar MH-60 Seahawk helikopterləri ilə USS John P. Murtha eniş vertolyot dokuna aparılıb və orada onları NASA-nın administratoru Cared Ayzekman qarşılayıb. Ayzekman qeyd edib ki, ABŞ 2028-ci ildə Aya eniş edənə qədər Aya missiyalarını davam etdirməyi planlaşdırır. 

Musavat.com

Seçilən
35
musavat.com

1Mənbələr