AZ

ABŞ və Livan İsraildən danışıqlara qədər “Hizbullah”a hücumları dayandırmasını istəyir

Bakı, 11 aprel, AZƏRTAC

ABŞ və Livan İsraildən gələn həftə planlaşdırılan danışıqlara qədər “Hizbullah” mövqelərinə hücumları dayandırmasını istəyir.

AZƏRTAC xəbər verir ki, bu barədə “Axios” mənbələrə istinadla məlumat yayıb.

Portalın məlumatına görə, bəzi İsrail rəsmiləri də bu mövqeyi bölüşür və fasilə elan edilməsinin ölkənin maraqlarına uyğun olacağını düşünürlər.

Livan Prezident Aparatının daha əvvəl yaydığı məlumata görə, Livanın Vaşinqtondakı səfiri israilli həmkarı ilə atəşkəs danışıqlarını müzakirə etmək üçün aprelin 14-də ABŞ Dövlət Departamentində görüş keçirmək barədə razılığa gəlib.

Seçilən
32
2
azertag.az

3Mənbələr