AZ

Putin göstəriş verdi: 2030-cu ilə qədər...

Süni intellekt (Sİ) texnologiyaları 2030-cu ilə qədər Rusiya iqtisadiyyatının bütün sektorlarında geniş istifadə olunmalıdır.

Publika.az xəbər verir ki, bununla bağlı Rusiya Prezidenti Vladimir Putin göstəriş verib.

O, Sİ texnologiyalarının inkişafına həsr olunmuş iclasda bildirib:

"2030-cu ilə qədər Sİ əsaslı texnologiyalar və məhsullar istehsal, logistika, enerji, idarəetmə və təhsil də daxil olmaqla bütün sahələrdə istifadə olunmalıdır".

Dövlət başçısı həmçinin Sİ üçün effektiv hüquqi çərçivənin hazırlanmasının vacibliyini də vurğulayıb.

Seçilən
68
publika.az

1Mənbələr