AZ

Çin “Çang’ı 7” Ay missiyasını bu il kosmosa göndərməyə HAZIRLAŞIR

Çin Ayın cənub qütbündə tədqiqat aparmaq üçün nəzərdə tutulan "Çang'ı 7" kosmik missiyasını bu ilin ikinci yarısında kosmosa göndərməyi planlaşdırır.

Day.Az xəbər verir ki, Çin Milli Kosmik İdarəsinin məlumatına görə, aparat artıq buraxılışdan əvvəl sınaqların aparılması üçün Haynan adasındakı Vınçan Kosmik Mərkəzinə çatdırılıb.

Missiyanın əsas məqsədi Ay səthində yüksək dəqiqlikli yumşaq eniş texnologiyalarının sınaqdan keçirilməsi, kraterlərin və daim kölgədə qalan ərazilərin tədqiqi, eləcə də Ayın resurs potensialının öyrənilməsidir.

Çin həmçinin 2030-cu ilə qədər Ayda insanlı missiya həyata keçirməyi, 2050-ci ilədək isə daimi tədqiqat bazası qurmağı hədəfləyir. "Çang'ı 7" bu plan çərçivəsində ardıcıl Ay missiyalarının mühüm mərhələsi hesab olunur.

Seçilən
54
day.az

1Mənbələr