AZ

Şeynbaum: FIFA DÇ-2026-da İran yığmasının oyunlarını ABŞ-dən Meksikaya keçirməyəcək

Beynəlxalq Futbol Federasiyası (FIFA) 2026-cı il dünya çempionatının (DÇ-2026) qrup mərhələsində İran yığmasının iştirakı ilə keçiriləcək matçları ABŞ-dən Meksikaya köçürməmək qərarına gəlib.

"Far.Az" xarici mediaya istinadə xəbər verir ki, bu barədə Meksika Prezidenti Klaudiya Şeynbaum bildirib.

"FIFA yekun olaraq qərara gəlib ki, matçlar öz ilkin keçirilmə yerlərindən başqa yerə köçürülə bilməz", - o bildirib və əlavə edib ki, belə bir addım logistika baxımından təşkilatın işini çətinləşdirər.

Qeyd edək ki, İranın gənclər və idman naziri Əhməd Dünyamalı martın 11-də milli komandanın dünya çempionatında iştirak etməyəcəyini bildirib. Lakin martın 16-da Asiya Futbol Konfederasiyası dünya birinciliyində iştirakdan imtina ilə bağlı İran tərəfindən heç bir bildirişin olmadığını bəyan edib. Daha sonra İran Futbol Federasiyası yığmanın dünya çempionatını boykot etməyəcəyini, komandanın matçlarının Meksikaya köçürülməsinin müzakirə olunduğunu bildirib.

İran Belçika, Misir və Yeni Zelandiya ilə eyni qrupda mübarizə aparacaq.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın Ali rəhbəri Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, Küveyt, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb. Aprelin 8-də isə İran ilə ABŞ və onların müttəfiqləri ikihəftəlik atəşkəs barədə razılığa gəliblər. Aprelin 11-də isə İran və ABŞ rəsmiləri danışıqlar üçün Pakistanın paytaxtı İslamabada səfər ediblər.

Seçilən
40
far.az

1Mənbələr