AZ

Livan-İsrail danışıqlarından əvvəl atəşkəs elan edilə bilər

Bakı, 11 aprel, AZƏRTAC

Livan və İsrail arasında atəşkəs sazişinin aprelin 11-də qüvvəyə minə biləcəyi bildirilir.

AZƏRTAC xəbər verir ki, bu barədə “Əl-Hədət” telekanalı diplomatik mənbələrə istinadla məlumat yayıb.

Telekanalın məlumatına görə, atəşkəsin elan edilməsi ABŞ-nin himayəsi altında aprelin 14-də Vaşinqtonda başlaması planlaşdırılan münaqişənin həlli üzrə ikitərəfli Livan-İsrail danışıqları ərəfəsində xoşməramlı addım kimi qiymətləndirilə bilər.

Seçilən
29
1
azertag.az

2Mənbələr