AZ

Bu ölkələr Rusiyanın xəbərdarlığına bəyanatla cavab verdilər

ain.az, Axar.az portalına istinadən məlumat verir.

Estoniya, Latviya və Litvanın xarici işlər nazirləri Moskvanın ərazilərinin və hava məkanının Rusiyadakı hədəflərə dron hücumları üçün istifadə edildiyinə dair ittihamlarına cavab veriblər.

Axar.az xəbər verir ki, bu ölkələrin birgə bəyanatı Estoniya Xarici İşlər Nazirliyinin saytında dərc edilib.

"Baltikyanı ölkələr heç vaxt öz ərazilərindən və hava məkanlarından Rusiyadakı hədəflərə dron hücumları üçün istifadəyə icazə verməyiblər”, - bəyanatda vurğulanıb.

Nazirlər bildiriblər ki, mart ayının sonunda Tallin, Riqa və Vilnüsdəki Rusiya diplomatik nümayəndəliklərinə bu ittihamları artıq təkzib ediblər. Onlar qeyd ediblər ki, Rusiya bu yalanları yaymağa davam edir:

"Rusiya zərərli informasiya əməliyyatını davam etdirmək əvəzinə, Ukraynaya qarşı təcavüzkar müharibəsini dayandırmalı və silahlı qüvvələrini beynəlxalq səviyyədə tanınmış bütün Ukrayna ərazisindən tamamilə çıxarmalıdır".

Qeyd edək ki, Rusiya Baltikyanı ölkələri Ukrayna Silahlı Qüvvələrinin PUA-ları üçün hava məkanını açmaqda ittiham edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
23
axar.az

1Mənbələr