AZ

Trampla telefon danışığı sonrası kritik qərar - Netanyahu HƏRƏKƏTƏ KEÇDİ

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Tramp ilə telefon danışığından sonra Livana, xüsusilə də Beyrut istiqamətində zərbələrlə bağlı yeni qərar verib.

Musavat.com xəbər verir ki, bundan sonra Beyruta edilən hər bir zərbə xüsusi icazə ilə həyata keçiriləcək və bu icazə birbaşa Netanyahu tərəfindən təsdiqlənməlidir.

İsrail rəsmisinin sözlərinə görə, rəsmi atəşkəs olmasa da, hücumların sayı xeyli azalıb.

Mənbə qeyd edir ki, əməliyyatlar artıq daha sərt siyasi nəzarət altında icra olunur və bu dəyişikliklər Tramp ilə aparılan son danışıqdan sonra qüvvəyə minib.

Musavat.com

Seçilən
21
1
musavat.com

2Mənbələr