AZ

Trampın ritorikası NATO daxilində etimadı zəiflədə bilər — Axios

Axios nəşrinin yazdığına görə, Donald Trump təkbaşına ABŞ-ı NATO-dan çıxara bilməsə də, onun açıqlamaları və davranışı alyans daxilində münasibətlərə mənfi təsir göstərə bilər.

Məlumata əsasən, Tramp ABŞ-ın İranla bağlı siyasətini dəstəkləməyən müttəfiqləri tənqid edir ki, bu da tərəfdaş ölkələr arasında gərginlik yaradır. Ekspertlər hesab edir ki, belə ritorika uzun illər formalaşmış qarşılıqlı etimadı sarsıda bilər.
Qeyd olunur ki, ABŞ 1949-cu ildən etibarən NATO-nun əsas dayağı olub.

Lakin analitiklərin fikrincə, Vaşinqton alyansda qalmağa davam etsə belə, Trampın siyasəti və çıxışları təşkilat daxilində birliyin zəifləməsinə səbəb ola bilər.

//Samir Qurbanov, Editor.az

Seçilən
19
editor.az

1Mənbələr