Kürdəmirdə magistral su xətti partlayıb, ətrafdakı həyətləri su basıb.
Xezerxeber.az-ın məlumatına görə, hadisə Külüllü-Kürdəmir magistral su xəttinin 30-cı km-də, rayonun Qaraqocalı kəndi ərazisində qeydə alınıb.
Ərazidə diametri 500 mm olan boru partlayıb.
Sakinlər deyirlər ki, su borularında tez-tez baş verən qəzalar onları susuz qoyur.
Qəza yerinə aidiyyəti qurumun canlı qüvvəsi və texnikası cəlb olunub. Qəzanın aradan qaldırılması istiqamətində zəruri tədbirlər həyata keçirilir.
Qeyd edək ki, Külüllü -Kürdəmir magistral su xətti 2013-cü ildə dövlət vəsaiti hesabına inşa olunub və rayonun ümumilikdə 21000 sakinini içməli su ilə təmin edir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.