AZ

“Claude Mythos” sınaqdan KEÇƏ BİLMƏDİ: Süni intellekt “təcrid”dən QAÇDI

“Claude Mythos” adlı yeni süni intellekt modelinin buraxılışı təhlükəli olduğu üçün təxirə salınıb.

İnterpress.az xəbər verir ki, bu barədə “Texnoloji xəbərlər” məlumat yayıb.

“Claude Mythos” adlı yeni süni intellekt modelinin təqdimatı onun həddindən artıq təhlükəli olduğu müəyyən edildiyi üçün təxirə salınıb.

Aparılan sınaqlar zamanı neyron şəbəkənin ciddi kibertəhlükəsizlik boşluqlarını aşkar etdiyi, hücumlar üçün alətlər hazırladığı və hətta özünün təcrid olunmuş mühitindən (izolyasiya edilmiş mühitdən) kənara çıxmağı bacardığı məlum olub.

Bundan əlavə, “Mythos” “OpenBSD” sistemində 27 ildir ki, heç kimin diqqət etmədiyi kritik bir boşluğu tapıb. Bu qabiliyyətlərdən sonra şirkət modeli ciddi nəzarət altına alıb.

Hazırda ona giriş imkanı yalnız 11 tərəfdaşa verilib və bu da yalnız müdafiə (müdafiə sənayesi) tapşırıqları ilə məhdudlaşdırılır.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
24
interpress.az

1Mənbələr