AZ

İsrail əməliyyatı genişləndirir: 5 diviziya ilə böyük hücum başladı

İsrail Müdafiə Ordusu Livanın cənubunda “Hizbullah”ın infrastrukturunun məhv edilməsi məqsədilə həyata keçirilən irimiqyaslı “Aslanın nəriltisi” quru əməliyyatını genişləndirir.

Musavat.com İsrail mediasına istinadən xəbər verir ki, əməliyyata eyni vaxtda 5 döyüş diviziyası cəlb olunub.

İsrail Müdafiə Ordusunun (İDF) rəsmi nümayəndəsinin bildirdiyinə görə, manevrlərin aktiv fazası başlayandan bəri İsrail qüvvələri qruplaşmanın "hərbi potensialına sarsıdıcı zərbə" endirib.

Artıq “Hizbullah”ın 1400-dən çox döyüşçüsünün zərərsizləşdirildiyi və qruplaşmaya məxsus təxminən 4300 infrastruktur obyektinin məhv edildiyi təsdiqlənib.

İDF-dən verilən bəyanatda qeyd olunub ki, döyüş bölgəsi boyu İsrail hərbçiləri yaşayış binalarında və yeraltı bunkerlərdə gizlədilmiş "yüzlərlə silah vahidi" aşkar ediblər.

Musavat.com

Seçilən
28
musavat.com

1Mənbələr