AZ

"Çelsi" 50 milyonluq transferdə "Mançester Yunayted"i qabaqlaya bilər

"Çelsi" klubu Almaniyanın "Ştutqart" klubunun yarımmüdafiəçisi Angelo Stiller ilə maraqlanır.

Far.Az xəbər verir ki, Almaniya millisinin üzvü London klubunun diqqətini Bundesliqanın 16-cı turunda "Ştutqart"ın "Bayer Leverkuzen" üzərində 4:1 hesablı qələbə qazandığı oyunda cəlb edib.

Bildirilir ki, "Ştutqart" 25 yaşlı futbolçunun transfer dəyərini təxminən 50 milyon avro olaraq qiymətləndirir.

Qeyd edək ki, ötən yay "Mançester Yunayted" da futbolçunu heyətinə qatmaq üçün cəhd göstərmişdi.

Məlumata görə, Stillerin İngiltərə Premyer Liqasına keçidi baş tutacağı halda, onun maaşı ən azı iki dəfə arta bilər. Hazırda yarımmüdafiəçi ildə təxminən 4,5 milyon avro qazanır.

Bu mövsüm Stiller bütün turnirlərdə 44 oyunda meydana çıxıb, 1 qol vurub və 10 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.

"Transfermarkt" portalına görə isə futbolçunun bazar dəyəri 45 milyon avro civarındadır.

Seçilən
9
1
far.az

2Mənbələr