AZ

“Təxminən 24 saatdan sonra aydın olacaq” Tramp İranla danışıqlardan danışıb

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp İran ətrafındakı gərginlik fonunda hərbi hazırlığın gücləndirildiyini bəyan edib və danışıqların uğursuz bitəcəyi təqdirdə güc tətbiqini istisna etməyib.

"Report" xəbər verir ki, o bu barədə "The New York Post" qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, ABŞ hərbi gəmiləri indiyədək yaradılmış ən yaxşı silahla təchiz edilir.

"Biz gəmiləri indiyədək yaradılmış ən yaxşı silahla yükləyirik... Əgər razılaşma baş tutmasa, biz ondan çox səmərəli şəkildə istifadə edəcəyik", - Tramp vurğulayıb.

O qeyd edib ki, yaxın sutka ərzində İranla danışıqların uğurlu olub-olmayacağı bilinəcək.

"Bu, təxminən 24 saatdan sonra, tezliklə aydın olacaq", - o bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
5
azpolitika.info

6Mənbələr