AZ

İsrailin Livana hava zərbəsi nəticəsində təhlükəsizlik xidmətinin 13 əməkdaşı ölüb - YENİLƏNİB

Livan Prezidenti Jozef Aun bildirib ki, cənubdakı Nəbatiyə şəhərində hökumət binasına İsrailin endirdiyi zərbə nəticəsində dövlət təhlükəsizlik xidmətinin 13 əməkdaşı ölüb.

Bu barədə "Report" "Reuters" agentliyinə istinadən xəbər verir.

Öz bəyanatında Aun davam edən İsrail hücumlarını qınayıb və qeyd edib ki, dövlət qurumlarına zərbələrin endirilməsi Livanın öz suverenliyini qorumasına mane olmayacaq.

İsrail Hərbi Hava Qüvvələrinin ölkənin cənubundakı Nəbatiyə şəhərinə endirdiyi zərbə nəticəsində Livan təhlükəsizlik qüvvələrinin azı 8 əməkdaşı ölüb.

Bu barədə "Report" NNA agentliyinə istinadən xəbər verir.

Məlumata görə, zərbə yerli administrasiya binasına endirilib. Xilasetmə işləri davam edir və qurbanların sayı arta bilər.

Seçilən
30
1
far.az

3Mənbələr