ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Şəhərin mərkəzi küçələrindən birində ictimai asayişin pozulması ilə nəticələnən insident baş verib. Avtosfer.az xəbər verir ki, Rusiyanın Vladivostok şəhərində baş verən hadisə mobil telefon vasitəsilə qeydə alınıb. Belə ki, sərxoş vəziyyətdə olan miqrant başqasına məxsus park edilmiş avtomobilin qapılarını açmağa çalışaraq salona girməyə cəhd edib. Yoldan keçən vətəndaşlar tərəfindən edilən xəbərdarlıqlara və iradlara isə aqressiv reaksiya verib.
Hadisə şahidlərinin verdiyi məlumata görə, həmin şəxs şəxs ona mane olmaq istəyənləri təhdid edib və qeyri-adekvat davranışlar nümayiş etdirib. O, hərəkətlərinə bəraət qazandırmaq üçün "təcili evə getməli olduğunu" bildirib.
Faktla bağlı yerli hüquq-mühafizə orqanlarına məlumat verilib. Hazırda hadisənin təfərrüatları və həmin şəxsin Rusiyada olma qanuniliyi yoxlanılır.
Sözügedən hadisənin görüntülərini təqdim edirik:
Namiq Musayev
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.