AZ

400 min kişi Ukraynanı tərk edərək Avropa ölkələrinə gedib

BAKI, 10 aprel. TELEQRAF

2025-ci ilin avqust ayından bəri 23 yaşdan kiçik təxminən 400 min kişi Ukraynanı tərk edərək Avropa İttifaqı ölkələrinə gedib.

Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın sosial siyasət naziri Denis Ulyutin çıxış edib.

Onun sözlərinə görə, bu barədə Avropanın rəsmi statistikası mövcuddur. Lakin nazir iddia edib ki, Rəsmi Kiyev ölkəni tərk edən gənc ukraynalılarla bağlı statistika aparmır:

" Avropa ölkələrində bu qədər çox sayda ukraynalı qaçqın müəyyən dərəcədə təzyiq yaradır və Aİ-də narahatlıq doğurur".

Qeyd edək ki, 2025-ci ilin avqustunda Ukraynada hərbi vəziyyət dövründə 18-22 yaş arası kişilərin ölkəni tərk etməsinə icazə verilib. Ölkədə 25 yaşdan yuxarı kişilər hərbi xidmətə çağırılırlar.

Seçilən
19
1
teleqraf.com

2Mənbələr