AZ

Qlobal bazarlardakı artım Azərbaycan kənd təsərrüfatına təsir göstərəcək

Asiya İnkişaf Bankının (AİB) Azərbaycan üzrə ölkə direktoru Sunniya Durrani-Jamal Bakıda keçirilən mətbuat konfransında bildirib ki, Yaxın Şərqdəki münaqişə fonunda qlobal bazarlarda gübrə qiymətlərinin artması Azərbaycanda kənd təsərrüfatı istehsal xərclərini yüksəldəcək və bu, qida qiymətlərinə birbaşa təsir göstərəcək.  Azərbaycan bəzi kənd təsərrüfatı məhsullarını idxal etdiyindən, qonşu ölkələrdə ərzaq qiymətlərinin artması da daxili bazarda inflyasiyanı sürətləndirəcək: “İstehsal xərclərinin artması və idxal olunan ərzaq məhsullarının bahalaşması fonunda qida inflyasiyasının qısa müddətdə artacağını gözləyirik”.

AİB  hazırda Azərbaycanda kənd təsərrüfatına dolayısı ilə özəl sektor vasitəsilə investisiya qoyur. Xüsusi diqqət su resurslarının idarə olunması və su təchizatı layihələrinə yönəldilir. Bank su və tullantı su infrastrukturu layihələrinə sərmayə yatırır və su qıtlığı ilə bağlı problemlərin həlli istiqamətində çalışır.

Sunniya Durrani-Jamal bildirib ki, gələcəkdə AİB kənd təsərrüfatı sektorunda birbaşa iştirak imkanlarını da nəzərdən keçirir və bu istiqamətdə hökumətlə danışıqlar aparılır.

Züleyxa ƏLİYEVA,

“Azərbaycan”

Seçilən
1
4
azerbaijan-news.az

5Mənbələr