AZ

AİB Azərbaycanda "Yaşıl" enerji sahəsində layihələrin gerçəkləşdirilməsi imkanlarını araşdırır

Bakı.Trend:

Asiya İnkişaf Bankı (AİB) Azərbaycanda “yaşıl” enerji sahəsindəlayihələrin həyata keçirilməsi imkanlarını nəzərdən keçirir.

Trend xəbərverdiyi məlumata görə, bu barədə AİB-in Azərbaycan üzrə ölkədirektoru Sünniya Durrani-Camal Bakıda Asian Development Outlook2026 icmalının təqdimatı zamanı bildirib.

“Avropa da karbohidrogenlərdən asılılığın azaldılmasına böyükmaraq göstərir və buna uyğun olaraq bərpa olunan enerjimənbələrinin inkişafını daha fəal şəkildə nəzərdən keçirir.Azərbaycan isə öz növbəsində günəş enerjisinə əhəmiyyətliinvestisiyalar yatırır. Biz Energetika Nazirliyi ilə birgə, ocümlədən özəl sektor əməliyyatları mexanizmləri vasitəsilə üç irilayihə həyata keçirmişik. Gələcəkdə enerji təhlükəsizliyibaxımından böyük potensialın mövcud olduğu külək enerjisinininkişafı da nəzərdən keçirilir”, – o bildirib.

Durrani-Camal qeyd edib ki, ənənəvi faydalı qazıntılarla yanaşı,ölkə bərpa olunan enerji sahəsində də əhəmiyyətli potensialamalikdir və bu potensial hökumət tərəfindən fəal şəkildə öyrənilirvə inkişaf etdirilir.

“Avropanın enerji təhlükəsizliyi və Azərbaycanın mövqeyibaxımından ölkə kifayət qədər əlverişli mövqedədir, lakin bu,investisiyalar tələb edəcək. Biz də öz növbəmizdə hökuməti buistiqamətdə dəstəkləməyə hazırıq”, – deyə o vurğulayıb.

Durrani-Camal qeyd edib ki, ənənəvi faydalı qazıntılarla yanaşı,ölkə bərpa olunan enerji sahəsində də əhəmiyyətli potensialamalikdir və bu potensial hökumət tərəfindən fəal şəkildə öyrənilirvə inkişaf etdirilir.

Məqalədə:
Seçilən
25
3
az.trend.az

4Mənbələr