AZ

Əli Orucov: Kreml Ermənistana humanitar yardım pərdəsi altında məkrli niyyətlər güdür

Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Rusiya “Sizinlədir” layihəsi çərçivəsində Ermənistanda, xüsusilə Qarabağdan köçən ermənilərə genişmiqyaslı humanitar yardım proqramını başa çatdırıb. Proqram 2025-ci ilin iyulundan 2026-cı ilin aprelinə qədər davam edib və 9310 ailəni əhatə edib. Yardımlar əsasən ərzaq, gigiyena və uşaq ləvazimatlarından ibarət olub və həssas qruplara yönəldilib. Layihə Ermənistanın 45 yaşayış məntəqəsində həyata keçirilib və müxtəlif humanitar təşkilatların dəstəyi ilə koordinasiya olunub.Bu humanitar yardım proqramının regionda Rusiya–Ermənistan münasibətlərinə və ümumi geosiyasi vəziyyətə təsiri nədən ibarət ola bilər? Və Azərbaycanla münasibətə necə təsir edə bilər?

Politoloq Əli Orucov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycanın ən yüksək səviyyədə reinteqrasiya və təhlükəsizlik təminatı verməsinə məhəl qoymayaraq Qarabağdan könüllü köç edərək Ermənistanda məskunlaşan ermənilərə Rusiyanın humanitar yardım proqramı əslində siyasi məqsədlər daşıyır: “Kreml bu vasitə ilə revanşistlərə və erməni cəmiyyətinə göstərmək istəyir ki, onların yanındadır. Sonuncu humanitar yardım karvanının Ermənistana daxil olmasına rəsmi İrəvan icazə vermədi. Bu da təsadüfi deyildi. Çünki Paşinyan hakimiyyəti anlayır ki, Moskva humanitar yardım pərdəsi altında məkrli niyyətlər güdür. Məqsəd köç edən həssas ailələrə dəstək deyil, onların durumlarından sui-istifadədir. Rusiya hər bir vasitə ilə çalışır ki, itirdiyi nüfuzunu və təsirini bərpa etsin. Və bunun üçün də çox çeşidli gedişlər edir. Əgər doğrudan da Ermənistanda daimi yaşamağı seçən ermənilərə göstərilən humanitar yardım proqramı çərçivəsindəki dəstəyi xeyirxahlıq üçün edilsəydi, burada qeyri-adi nəsə axtarmaq doğru olmazdı”.

Politoloq qeyd edib ki, bu yardım gərginliyə və nifaqa yol açdığı aşkar olduğuna görə narahtlıq verir: “Haqlı suallar ortaya çıxır ki, nə üçün belə bir proqram 30 il ərzində azərbaycanlı qaçqınlara da həyata keçirilmədi. Halbuki onlar heç geyim əşyalarını da götürməyə imkan tapmamışdılar və dözülməz şəraitdə yaşamağa məcbur oldular. Qarabağdan köç edən ermənilər isə unitazlarını da söküb apardılar. Beynəlxalq humanitar təşkilatlar və ayrı-ayrı dövlətlər böyük məbləğdə yardımlar etdilər. Məncə, Kreml erməniləri sevdiyindən və rəğbətindən deyil, bu addımların arxasında qərəzli planlarını gerçəkləşdirmək üçün edir”.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
bizimyol.info

1Mənbələr