AZ

Putinin real reytinqi nə qədərdir? Rəsmi sorğu mərkəzləri də həqiqəti gizlədə bilmir

ain.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiyada rəsmi dövlət orqanlarına inam az olsa da, çox vaxt onlar belə həqiqəti gizlətməkdə çətinlik çəkirlər. 

“AzPolitika” Rusiya mediasına istinadla xəbər verir ki, Rusiya dövlət sosioloqları “Telegram”-ın və internetin bloklanması, VPN-lə “mübarizə”, iqtisadi çətinliklər, davam edən üzücü müharibə fonunda Prezident Vladimir Putinin bəyənmə reytinqlərində azalma qeydə almaqda davam edirlər.

Rusiya İctimai Rəy Araşdırmaları Mərkəzinin (VTsIOM) cümə günü verdiyi məlumata görə, Putinin rəsmi bəyənmə reytinqi 67,8%-ə düşüb ki, bu da 20 fevral 2022-ci ildən bəri ən aşağı göstəricidir.

Putinin reytinqi bir həftə ərzində 2,3 bal, son dörd həftə ərzində 5 bal və ötən ilin sonu ilə müqayisədə 10 bal azalıb. Ukraynanın işğalının başlanğıcından bəri hökumətin (40,3%), Dövlət Dumasının (41,7%) və Federasiya Şurasının (41,8%) bəyənmə reytinqləri yeni minimumlara çatıb.

Respondentlərdən "etibar etdikləri" və ya "etibar etmədikləri" siyasətçinin adını çəkmələrinin xahiş olunduğu açıq VTsIOM sorğusu isə Putinin bəyənmə reytinqinin fəlakətli dərəcədə endiyini göstərib - 29,5%. Yəni, rəyi soruşulanlardan “hansı siyasətçiyə etibar edirsiniz” soruşulanda rusiyalıların yalnız 29.5 faizi Putinin adını çəkib. Əslində, Rusiya başçısının real reytinqi də məhz budur.

Bu, həmçinin Ukraynada müharibənin başlanğıcından bəri ən aşağı göstəricidir. 2024-cü ilin mart ayında bu göstərici 48,8% olub. 2015-ci ildə bu rəqəm 71% idi. 

Politoloq Abbas Qalyamovun sözlərinə görə, o vaxtdan bəri Putinin faktiki bəyənmə reytinqi yarıdan çox düşüb. Qalyamovun fikrincə, Kreml bu dövlət sorğu mərkəzinin yuxarıda qeyd edilən sualla müraciət etdiyi sorğunu dayandıracaq.

Onun dediyinə görə, VTsIOM-un təxminən 70%-də saxladığı Putinin rəsmi "təsdiq reytinqi" əsl reytinq deyil, "qorxu göstəricisi"dir: bu, faktiki ictimai bəyənməni deyil, dövlət sosioloqlarına prezidenti dəstəkləmədiklərini deməkdən çəkinməyən insanların sayını əks etdirir. Lakin sorğular göstərir ki, hətta bu rəqəmlər də artmaqdadır.

Rusiayda əhval-ruhiyyədəki dəyişikliyi bir neçə amillə izah etmək olar: bunların arasında mesajlaşma tətbiqlərinin və internetin bağlanması, ABŞ və Ukrayna ilə bağlı razılaşmaya olan ümidlərin yerinə yetirilməməsi və iqtisadiyyata getdikcə daha çox təsir edən ümumi müharibə yorğunluğu var.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
azpolitika.info

1Mənbələr