AZ

Azər Bağırov: “Komandanı tanıya bilmirəm” – ARENA.AZ

“Kəpəz”in baş məşqçisi Azər Bağırov Premyer Liqanın 27-ci turu çərçivəsində “Karvan”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Yevlaxda baş tutmuş görüşündə Gəncə təmsilçisi 1:4 hesablı məğlubiyyətə üzülüb.

Azər Bağırov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Bu gün itkilərimiz var idi. Mərkəz müdafiəçisi və cinah müdafiəçisi mövqeyində problem var idi. Deyirlər əvəzolunmaz futbolçu yoxdur. Amma bizdə Dioqo Verdaskanın yoxluğu hiss olunur. Məğlubiyyətin əsas səbəbi oyunçu çatışmazlığıdır. Bir futbolçu olmayanda onun yerini doldurmaq üçün gedişlər edirik. Bu gün rotasiyalar etsək də, alınmadı. “Qarabağ”la oyundan sonra komandanı tanıya bilmirəm. “Qəbələ” ilə matçda da bəsit qollar buraxdıq. İrəli baxmaq lazımdır.

Mən “Kəpəz”ə gələndə komandanın 7 oyundan sonra 0 xalı var idi, xaos vəziyyəti idi. Şükürlər olsun ki, bu gün sonuncu yerdən çox qabaqdayıq. Oyunçu itkisi bizə çox böyük təsir edir. Bunun psixoloji təsiri də var. Qarşıdakı oyunlara köklənmək lazımdır. Uduzmağı bacarmaq lazımdır, amma baxır necə. Düşünürəm ki, daha yaxşı olacağıq”.

Azər Bağırov komandanı bu həftə məşqə çıxarmaması ilə bağlı iddialara da aydınlıq gətirib:

“Belə bir şey yoxdur. Bərpa məşqində olmamışam. Ailə məsələləri ilə bağlı Bakıda idim. Bütün günümüzü Gəncədə keçiririk. Ailənin də problemlərini həll etmək vacibdir. Bu da normal bir şeydir. Bərpa məşqini köməkçilərim keçib. Hər şey qaydasındadır”.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
18
7
arena.az

10Mənbələr