AZ

"Neftçi"nin sabiq ulduzu Keysuke Hondanın yeni ünvanı məlum oldu

Yaponiya yığmasının və paytaxtın "Neftçi" klubunun keçmiş futbolçusu Keysuke Hondanın karyerasını hansı komandada davam etdirəcəyinə aydınlıq gəlib.

Moderator.az xəbər verir ki, 39 yaşlı təcrübəli yarımmüdafiəçi Sinqapur təmsilçisi olan "Juronq" klubu ilə razılıq əldə edib.

Yaponiyalı futbolçu yeni kollektivinin heyətində növbəti mövsümdən etibarən meydana çıxacaq.

Qeyd edək ki, Keysuke Honda zəngin karyerası ərzində Rusiyanın MOİK və İtaliyanın "Milan" klublarının da formasını geyinib.

Seçilən
22
1
moderator.az

2Mənbələr