Tovuzda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Unikal”ın məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Hərəkətdə olan “Mercedes” markalı mikroavtobus yolu qarşı tərəfə keçmək istəyən 2010-cu il təvəllüdlü M. Məmmədovu vurub.
Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Qeyd edək ki, piyadanı vuran mikroavtobus Gəncə–Qazax marşrutu üzrə fəaliyyət göstərib.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov