AZ

Bakıda Azərbaycan və Almaniya arasında siyasi məsləhətləşmələr keçirilib

Bakı. Trend:

10 aprel 2026-cı il tarixində Bakı şəhərində AzərbaycanRespublikası və Almaniya Federativ Respublikası Xarici İşlərNazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundukeçirilib.

XİN-dən Trend-ə verilən xəbərəgörə, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müaviniFariz Rzayev, Almaniya nümayəndə heyətinə isə Almaniya FederativRespublikasının Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz vəMərkəzi Asiya ölkələri üzrə müvəkkili Niklas Vaqner rəhbərlikedib.

Məsləhətləşmələr çərçivəsində ikitərəfli əməkdaşlıq məsələləri üzrəsiyasi əlaqələrin cari vəziyyəti nəzərdən keçirilib, davamlı siyasidialoqun saxlanılması baxımından qarşılıqlı səfərlərin vəbeynəlxalq tədbirlər çərçivəsində görüşlərin əhəmiyyəti vurğulanıb.Bununla yanaşı, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdəəməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirəolunub.

Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən stratejienerji və nəqliyyat layihələri barədə məlumat təqdim edilib.Həmçinin müqavilə-hüquq bazasının genişləndirilməsi istiqamətindəmövcud planlar ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər beynəlxalq platformalarda qarşılıqlı fəaliyyət, eləcədə müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığıninkişafı və namizədliklərin qarşılıqlı dəstəklənməsi məsələlərinədiqqət yönəldiblər.

Məsləhətləşmələr zamanı regionda mövcud vəziyyət,Azərbaycan-Ermənistan normallaşma prosesi və davamlı sülhün təminolunması istiqamətində atılan addımlar, işğaldan azad edilmişərazilərimizdə aparılan genişmiqyaslı bərpa, yenidənqurma vəminatəmizləmə işləri barədə ətraflı məlumat verilib.

Bununla yanaşı, qarşılıqlı maraq kəsb edən beynəlxalq məsələlərədair fikir mübadiləsi aparılıb.

Məqalədə:
Seçilən
27
30
az.trend.az

10Mənbələr