AZ

“Meta”nın ən güclü süni intellekt modeli  

“Meta” şirkəti bu günə qədər hazırladığı ən güclü süni intellekt modeli olan “Muse Spark”ı təqdim edib. Model xüsusi olaraq “Meta” məhsulları üçün hazırlanıb. “Meta Superintelligence Labs” (MSL) tərəfindən doqquz ay davam edən intensiv inkişaf prosesindən sonra təqdim edilən “Muse Spark” “Muse” seriyasının ilk nəsli kimi kompakt və sürətli işləmə xüsusiyyətlərinə malikdir. Model elm, riyaziyyat və səhiyyə sahələrində mürəkkəb problemləri məntiqi şəkildə həll etmək üçün optimallaşdırılıb.

Yenilənmiş “Meta AI” tətbiqi və veb versiyası artıq daha sürətli cavablar təqdim edir və mürəkkəb tapşırıqları yerinə yetirə bilir. İstifadəçilər müxtəlif rejimlər arasında keçid edərək paralel şəkildə çalışan bir neçə agentdən istifadə edə bilərlər. Məsələn, səyahət planlaşdırılarkən bir agent marşrutu qurur, digəri məkanları müqayisə edir, üçüncüsü isə fəaliyyətlər təklif edir. “Muse Spark”ın çoxmodal imkanları sayəsində sistem yalnız mətni deyil, vizual məlumatları da analiz edə bilir. 

“Meta”dan bildirilib ki, səhiyyə ilə bağlı funksiyalar mütəxəssislərlə əməkdaşlıq çərçivəsində hazırlanıb və istifadəçilərə daha etibarlı məlumat təqdim etməyə yönəlib. Model, həmçinin vizual kodlaşdırma sahəsində də imkanlar təqdim edir. İstifadəçilər sadə sorğularla interaktiv panellər, retro oyunlar və ya mini simulyatorlar yarada bilirlər.

Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Seçilən
16
azerbaijan-news.az

1Mənbələr