Rusiyada kəskin bağırsaq infeksiyası yayılıb.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu hal daha çox Vladimir vilayətində qeydə alınıb.
Vilayətin Murom şəhərindəki tibb müəssisələrinə kəskin bağırsaq infeksiyası simptomları olan 375 xəstə müraciət edib. Onlardan 188-i uşaq olub.
Məlumata görə, Murom Rayon Uşaq Xəstəxanasında uşaqlara qulluq göstərmək üçün 32 çarpayı yaradılıb. Otuz iki uşaq orta ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib və hepatit A peyvəndləri başlanıb.
Böyüklər isə 2 nömrəli Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hazırda xəstəxanada 38 nəfər orta ağır vəziyyətdədir. Peyvəndlər başlayıb.
Anar