Bakı. Trend:
Fransanın cənub-şərqində yerləşən Alpes-de-Haute-Provencedepartamentində ölkənin Hərbi Hava Qüvvələrinə məxsus təlimtəyyarəsi qəzaya uğrayıb.
Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Fransa Hərbi Hava və Kosmik Qüvvələrinə məxsus“Cirrus SR-20” təyyarəsi yerli vaxtla saat 09:30 radələrində təlimuçuşu zamanı Alpes-de-Haute-Provence departamentində qeyri-yaşayışsahəsində düşüb.
İnsident nəticəsində 2 pilotun yaralandığı bildirilir.Xilasedicilər tərəfindən aşkarlanan zamanı huşları özlərində olubvə dərhal xəstəxanaya çatdırılıblar.
Qəzanın səbəblərini müəyyən etmək məqsədilə Mülki AviasiyaTəhlükəsizliyi üzrə Təhqiqat və Təhlil Bürosu tərəfindən araşdırmabaşlanıb