AZ

Kassano və Kostakurtadan Martines açıqlaması – ARENA.AZ

İtaliyalı keçmiş hücumçu Antonio Kassano “İnter”in kapitanı, argentinalı hücumçu Lautaro Martines haqda qənaətini açıqlayıb.

Arena.az xəbər verir ki, veteran futbolçu bunları vurğulayıb:

“Lautaro nəinki “İnter”in ən yaxşı oyunçusu, həmçinin İtaliya A Seriyasının ən yaxşısıdır. Talnız təlxəklər buna qarşı əsas gətirə bilərlər. Ümumiyyətlə, Lautaro – dünyada ən yaxşı mərkəz hücumçularından biridir”, deyə Kassano vurğulayıb.

İtaliyalı keçmiş mərkəz müdafiəçisi Alessandro Kostakurta da Lautaro Martines haqda qənaətini açıqlayıb:

“Lautaro İtaliya A Seriyasının ən yaxşı oyunçusu deyil, amma komandasının ən vacib oyunçusudur”, deyə Kostakurta vurğulayıb.

Lautaro Martines 2018-ci ilin iyul ayından “İnter”də çıxış edir. İtaliya nəhəngi argentinalı hücumçunu 25 milyon avro məbləğ müqabilində Avelyaneda “Rasinq”indən “neradzurri”nin heyətinə qatıb.

Martinesin “İnter”lə müqaviləsinin müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədədir. 2024-cü ilin yayında Martinesə “İnter”in kapitan sarğısı həvalə edilib.

Argentinalı hücumçu cari mövsümdə bütün yarışlarda “İnter”in heyətində 36 oyuna çıxıb, 20 qol vurub, 4 məhsuldar ötürmə verib.

Lautaro Martinesin “neradzurri”nin heyətində çıxışının ümumi mənzərisi isə 371 oyun, 173 qol, 54 məhsuldar ötürmədən ibarətdir.

Martines “İnter”lə 2 dəfə İtaliya A Seriyasını, 2 dəfə İtaliya Kubokunu və 3 dəfə də İtaliya Super Kubokunu qazanıb.

Lautaro Martines 2018-ci ilin mart ayında debüt etdiyi Argentina yığmasının heyətində 75 oyuna çıxıb, 36 qol vurub, 11 məhsuldar ötürmə verib. Lautaro 2021-ci və 2024-cü illərdə Amerika Kubokunun, 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatının, həmçinin 2022-ci il Çempionların CONMEBOL-UEFA Kuboku çərçivəsində “Finalissima” oyununun qalibi olub.

“Transfermarkt” internet-portalı 28 yaşlı argentinalı mərkəz hücumçusunun transfer dəyərini 85 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
39
3
arena.az

10Mənbələr