ain.az, Lent az portalına istinadən məlumat yayır.
“Liverpul” doqquz ildir komandada oynayan uğurlu sol cinah müdafiəçisi Endryu Robertsonun mövsümün sonunda ayrılacağını açıqlayıb. Daha əvvəl Məhəmməd Salahın müqaviləsini uzatmayacağını açıqlayan ngilis klubu heyətində əhəmiyyətli bir dəyişiklik edir.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, İngiltərə Premyer Liqasının nəhəngi “Liverpul” uzun illər komandanın əsas oyunçusu olan Endryu Robertsonla yollarını ayırmaq qərarına gəlib. Klub rəsmi olaraq şotlandiyalı sol cinah müdafiəçisinin mövsümün sonunda ayrılacağını açıqlayıb.
Klubun açıqlamasında bildirilir: "Endi Robertsonun bu mövsümün sonunda klubdakı karyerasını başa vuracağını təsdiqləyə bilərik. O, bunu "Liverpul" əfsanəsi kimi edəcək".
Uğurlu sol cinah müdafiəçisi "Liverpul"da 373 oyunda 13 qol vurub və 67 məhsuldar ötürmə edib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.