AZ

Premyer Liqa: “Kəpəz” autsayderə məğlub olub

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII tura bir oyunla start verilib.

AZƏRTAC xəbər verir ki, günün yeganə matçı Yevlaxda keçirilib. “Kəpəz” çempionatın autsayderi “Karvan-Yevlax”ın qonağı olub. Qarşılaşma meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Turnir cədvəlində Gəncə təmsilçisi 21 xalla 10-cu, Yevlax klubu isə 11 xalla sonuncu – 12-ci pillədə yer alıb.

Qeyd edək ki, XXVII turun digər oyunları aprelin 11-12-də keçiriləcək.

Seçilən
11
3
azerbaijan-news.az

6Mənbələr