AZ

“Qiymətləndirmə sistemləri: etimad, şəffaflıq və innovasiya” mövzusunda beynəlxalq konfransda təqdimatlar edilib  

Dövlət İmtahan Mərkəzinin 10 illik yubileyinə həsr olunmuş “Qiymətləndirmə sistemləri: etimad, şəffaflıq və innovasiya” mövzusunda beynəlxalq elmi-praktik konfrans sessiyalarla davam etdirilib.

AZƏRTAC xəbər verir ki, müxtəlif zallarda təşkil olunan sessiyalarda 20-dən artıq təqdimat nümayiş olunub.

Sessiyalarda “Türk dilinin xarici dil testi kimi (e-YDTS) CEFR ilə uyğunlaşdırılması”, “Kütləvi dil testlərində danışıq qiymətləndirilməsinə yeni baxış”, “Azərbaycan dili üzrə sertifikasiya imtahanı (ADSİ): standartlaşdırma və inkişaf mərhələləri” və “Dil testlərinin rəqəmsallaşdırılması: modellər və metodlar, bilik və bacarıqların qiymətləndirilməsinə nəzəri və praktiki yanaşmalar” mövzuları ətrafında çıxışlar edilib.

Bununla yanaşı, “Müasir təhsil sistemində yaradıcılıq və bacarıqların qiymətləndirilməsi: qabiliyyət imtahanları”, “Bilik qiymətləndirmə sisteminin təkmilləşdirilməsində elmi, təhsil və praktiki mərkəzin rolu”, “Buraxılış və qəbul imtahanı proqramları və modellərinin məzmun dinamikası”, “Testin həyat dövrü: hazırlanma mərhələsindən imtahana qədər” və “Test nəticələrinin emalı və qiymətləndirilməsi üçün intellektual sistem” mövzularında da təqdimatlar dinlənilib.

Eyni zamanda, sessiyalarda “Azərbaycan təhsilində hibrid yanaşma: süni intellekt və qayda əsaslı qiymətləndirməyə keçid”, “Elektron imtahan sistemləri: inkişaf, analitika və texnoloji transformasiya”, “İmtahanların idarə edilməsində texnologiyaların tətbiqi”, “Qəbul imtahanlarında informatika fənni” kimi mövzularla yanaşı, dövlət qulluğu sahəsini əhatə edən təqdimatlar da yer alıb.

Sessiyalar zamanı yerli və xarici ekspertlərin məruzələri dinlənilib, qiymətləndirmə sahəsində təcrübə mübadiləsi aparılıb.

Seçilən
0
1
azerbaijan-news.az

2Mənbələr