AZ

İqtisadi Şuranın növbəti iclası keçirilib (FOTO)

Bakı. Trend:

Aprelin 10-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovunrəhbərliyi ilə İqtisadi Şuranın növbəti iclası keçirilib.

Bu barədə Trend-ə Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, iclasın gündəliyində “Sahibkarlıq fəaliyyətinəmaneə və çətinliklərin aradan qaldırılması və biznes mühitininyaxşılaşdırılması islahatları üzrə İşçi Qrup”u tərəfindənhazırlanan “Tikinti və kommunal infrastruktura qoşulma” və “Sənaye”sahələrində sahibkarların qaldırdığı aktual məsələlər və problemlərətraflı müzakirə olunub.

Gündəlikdə olan məsələlər üzrə Azərbaycan RespublikasıPrezidentinin köməkçisi və İşçi Qrupun rəhbəri Natiq Əmirovunməruzəsi dinlənilib.

İclasda təqdim olunan məsələlərə dair İqtisadi Şuranın üzvlərivə dəvət olunanlar ədliyyə naziri Fərid Əhmədov, İqtisadiyyatNazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi MətinEynullayev, Fövqəladə Hallar Nazirinin müavini Cəbrayıl Xanlarov,Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Sədrinin birincimüavini Namiq Hümmətov çıxış ediblər.

Yekunda iclas iştirakçılarının rəy və təklifləri nəzərəalınmaqla müzakirə olunan məsələlərin həlli istiqamətində müvafiqnormativ-hüquqi aktların layihələrinə dəyişiklikləri hazırlayaraqNazirlər Kabinetinə təqdim olunması barədə qərarlar qəbul olunub vəaidiyyəti qurumlara tapşırıqlar verilib.

İqtisadi
İqtisadi
İqtisadi
Məqalədə:
Seçilən
24
35
az.trend.az

10Mənbələr