"Xalq Kapital Investisiya Şirkəti" QSC-nin Müşahidə Şurasına yeni sədr təyin edilib.
"Report" xəbər verir ki, bu, Elxan Ağayevdir.
O, həm də "Xalq Kapital"ın yeganə təsisçisi olan "Xalq Bank" ASC-nin Müşahidə Şurasının üzvüdür və investisiya şirkətinin rəhbərliyində Xəzər Bağırlını əvəzləyib.
Xatırladaq ki, "Xalq Kapital" 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 420 min manatdır.