Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova aprelin 10-da Gəncə şəhərində vətəndaşların müraciətlərini dinləyib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub, xatirəsi dərin ehtiramla yad edilib.
Görüş zamanı Gəncə şəhərinin, Samux və Kəlbəcər rayonlarının sakinlərinin müraciətləri dinlənilib.
Müraciətlər arasında işlə təmin olunma, alimentin ödənilməsi, hüquqi yardım, sosial dəstəyin göstərilməsi, boşanmadan sonra yaranan hüquqi problemlərin həlli və digər mövzular yer alıb.
Hər bir müraciət fərdi qaydada dinlənilib, qaldırılan məsələlərin qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Həlli araşdırma tələb edən müraciətlər isə qeydiyyata alınaraq nəzarətə götürülüb.