AZ

Gərginlik yaradan açıqlama: “Hər an müharibəyə qayıda bilərik”

Cebheinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İsrail Baş Qərargah rəisi Eyal Zamir Livanın cənubunda, Nəbatiyyə vilayətinin Bint Cübeyl rayonunda İsrail əsgərləri ilə görüş keçirib.

“Cebheinfo.az” xəbər verir ki, Zamir görüş zamanı diqqətçəkən açıqlamalar verib. 

O, Baş nazir Benyamin Netanyahunun Beyrutla mümkün qədər tez birbaşa danışıqlara başlanılması barədə verdiyi göstərişə baxmayaraq, “İsrail ordusu atəşkəs rejimində deyil, müharibə vəziyyətindədir. 

Biz bu bölgədə (Livan ərazisində "Hizbullah"- a qarşı) döyüşləri davam etdirəcəyik. Bu, bizim əsas döyüş sahəmizdir”, – deyə bildirib. 

Həmçinin İranla atəşkəsdə olduqlarını söyləyən Zamir  Tehranla “istənilən an yenidən müharibəyə qayıda biləcəklərini” istisna etməyib.

Qeyd edək ki, Netanyahu dünən Livanla mümkün olan ən qısa müddətdə birbaşa danışıqlara başlanılması barədə göstəriş verdiyini açıqlamışdı. 

Lakin o, daha sonrakı açıqlamasında İsrailin Livanla birbaşa danışıqlar aparacağını, lakin atəşkəsin nəzərdə tutulmadığını bildirib.

Əfsanə 

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
19
1
cebheinfo.az

2Mənbələr