ain.az, Baku.ws saytına istinadən bildirir.
Meta "Muse Spark" adlı yeni süni intellekt modelini təqdim edib.
BAKU.WS xəbər verir ki, bu barədə şirkət özü məlumat yayıb.
Bildirilib ki, model əvvəl istifadə olunan Llama seriyasını əvəz edərək daha sürətli və inkişaf etmiş düşünmə imkanları təqdim edir.
Muse Spark yüngül və istifadəçi yönümlü model kimi hazırlanıb.
O, Facebook və Instagram platformalarında tətbiq olunacaq.
İstifadəçilərə "Thinking" və "Instant" rejimləri arasında seçim imkanı verəcək.
Modelin əsas üstünlükləri arasında çoxsaylı agentlərlə paralel işləmə və mətnlə yanaşı vizual məlumatları da analiz etmə qabiliyyəti yer alır.
Bundan başqa, texnologiyanın gələcəkdə Ray-Ban və Oakley ilə birgə hazırlanmış ağıllı eynəklərə inteqrasiya ediləcəyi bildirilir.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.