AZ

Deputat büdcə vəsaitini mənimsəyənlərə vəzifə qadağası təklif etdi

Bakı. Trend:

Büdcə vəsaitinin sərəncamçısı olan vəzifəli şəxslər üçün “ziyanıödə, məsuliyyətdən azad ol” yanaşması sui-istifadə üçün zəminyaradır.

Trend xəbərverir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputatMüşfiq Məmmədli parlamentin bugünkü plenar iclasında deyib.

Belə ki, qanun layihəsinə əsasən, dövlət büdcəsindən vəbüdcədənkənar dövlət fondlarından maliyyələşdirilən təşkilatların,dövlətə məxsus olan hüquqi şəxslərin maliyyə-təsərrüfatfəaliyyətində maliyyə qaydalarının pozulmasına, o cümlədən dövlətbüdcəsindən, büdcədənkənar dövlət fondlarından, məqsədli büdcəfondlarından ayrılan vəsaitdən, habelə digər dövlət vəsaitindəntəyinatı üzrə istifadə olunmamasına, yaxud büdcə təşkilatlarınınbüdcədənkənar vəsaitinin təsdiq edilmiş smetaya uyğunxərclənməməsinə, normativdən artıq ştat vahidinin saxlanılmasınagörə dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarındanmaliyyələşdirilən təşkilatların, dövlətə məxsus olan hüquqişəxslərin vəzifəli şəxsləri inzibati xətanın bilavasitə obyektiolmuş vəsaitin yüz faizi məbləğində cərimə ediləcək. Buəməli ilk dəfə törətmiş şəxs inzibati xətanın bilavasitə obyektiolmuş vəsaiti tamamilə ödədikdə inzibati məsuliyyətdən azadolunacaq.

Millət vəkili bildirib ki, bu əməli ilk dəfə törətmiş şəxsinvurduğu ziyanı tam ödədiyi halda cinayət məsuliyyətindən azadolunması məsələsi daha ciddi və prinsipial yanaşma tələbedir:

“Burada söhbət sıradan hüquq pozuntusundan deyil, dövlət büdcəvəsaitinin sərəncamçısı olan vəzifəli şəxslərdən gedir. Bu şəxslərdövlətin onlara göstərdiyi etimadı daşıyır, ictimai resurslarıidarə edir və cəmiyyət qarşısında xüsusi məsuliyyət daşıyırlar. Bubaxımdan “ziyanı ödə və məsuliyyətdən azad ol” yanaşması kifayətetmir və praktika göstərir ki, bu norma sui-istifadə üçün zəminyaradır”.

Deputat bəhs etdiyi mövzu ilə bağlı müəyyən faktlarsəsləndirib:

  • Birinci fakt: Qobustan və Şamaxı rayon mərkəzi xəstəxanalarınınPHŞ-nin sabiq direktoru CM-nin 179.3.2 (külli miqdar mənimsəmə) və313-cü (vəzifə saxtakarlıgı) maddələri ilə 2025 ci ildə ittihamolunub, mənimsədiyi vəsaitin bir hissəsini geri qaytardığı üçünşərti cəza alıb. Lakin bu gün həmin şəxs özəl sektorda “Batıgözklinikası”nda və bir necə özəl klinikada baş həkim və digər məsulvəzifələrdə fəaliyyət göstərib.
  • İkinci fakt: Sumqayıt Tibb Mərkəzinin sabiq direktoru barəsindəCM-nin 179.3.2 (külli miqdar mənimsəmə), 308.1 (vəzifəsəlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlıgı)maddələri ilə 2023-cü ildə cinayət işi aparılıb. Lakin təyinatdankənar istifadə olunmuş (və yaxud mənimsənilmiş vəsaitin) ödənilməsiəsası ilə həmin şəxs cinayət məsuliyyətindən azad edilib. Dahasonra isə o, 2024-cü ildə əvvəlcə TƏBİB-də icraçı direktorunmüşaviri, daha sonra isə Abşeron Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin(400 mindən artıq əhalisi olan rayonun) direktoru vəzifəsinə təyinolunub.

“Bu faktlar açıq şəkildə göstərir ki, mövcud yanaşma realhəyatda ciddi problemlərə səbəb olur. Əgər bir şəxs dövlətvəsaitini mənimsəyir, sonra onu geri qaytarır və heç nə olmamışkimi yenidən rəhbər vəzifələrə gələrsə o zaman bu, sadəcə hüquqiməsələ deyil, ictimai etimad və dövlət idarəçiliyinin nüfuzməsələsidir”, - deyə o vurğulayıb.

M.Məmmədli sözügedən maddənin “Bu maddə üzrə əməli törətmiş vədövlət büdcə vəsaitinin sərəncamçısı olmuş şəxs zərəri ödəməsindənasılı olmayaraq gələcəkdə dövlət və özəl sektorda rəhbər vəzifətutmaq hüququndan məhrum edilir”, - deyə dəyişdirilməsini təklifedib.

O qeyd edib ki, əslində səhiyyə islahatlarının avanqardı vəmüasir korporativ idarəetmə modelinə örnək olan TƏBİB-inidarəetməsində bir qədər öncə yaranan problemin kökünü bu cürməsələlərdə və bu cür şəxslərdə axtarmaq lazımdır.

Seçilən
11
az.trend.az

1Mənbələr