AZ

Qazaxıstanda mühüm qərar: Tokayev tarixi seçkilərin vaxtını açıqladı

Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev ölkənin siyasi sistemində köklü dəyişikliklərə yol açacaq yeni parlament seçkilərinin keçiriləcəyi vaxtı bəyan edib.

Publika.az xəbər verir ki, Astanada alimlərlə görüşü zamanı çıxış edən dövlət başçısı yeni birmandatlı parlamentə seçkilərin bu ilin avqust ayında baş tutacağını bildirib.

Tokayev qeyd edib ki, seçkilərin təyin edilməsi barədə fərmanı yeni Konstitusiya qüvvəyə minən kimi dərhal imzalayacaq.

Prezidentin sözlərinə görə, siyasi partiyaların seçicilərlə iş aparmaq və təşviqat kampaniyası üçün təxminən 5 ay vaxtı olacaq.

Xatırladaq ki, martın ortalarında keçirilmiş referendumda Qazaxıstan xalqı yeni Konstitusiya layihəsini dəstəkləyib.

Seçilən
1
publika.az

1Mənbələr