AZ

Ukrayna HÜCUMA keçdi, ruslar DARMADAĞIN edilir, Vladikavkazda DƏHŞƏTLİ partlayış – TV Musavat

Vladikavkazda partlayış nəticəsində yaralananların sayı 14 nəfərə çatıb. Rusiya mediasının xəbərinə görə, bu barədə Şimali Osetiya-Alaniya Respublikasının başçısı Sergey Menyaylo bildirib.

Hadisə pirotexniki məmulatların olduğu anbarda qeydə alınıb. Hadisə şahidlərinin sözlərinə görə, partlayış güclü gurultu ilə müşayiət olunub, daha sonra təxminən 30 metr hündürlüyündə qara tüstü qatı havaya qalxıb.

Ukrayna Müdafiə Qüvvələri isə Pokrovsk şəhər aqlomerasiyası daxilində rus Rusiya qoşunlarını effektli şəkildə bloklayır. Bu, onların Dnepropetrovsk vilayətinə doğru hərəkətinin qarşısını alır.

Ukrayna Silahlı Qüvvələrinin mayoru Andrey Tkaçuk yerli KİV-ə deyib. O bildirib ki, Pokrovsk ətrafında və şəhər aqlomerasiyası daxilində (Qrişin və Rodinskdə) ağır döyüşlər gedir, Ukrayna ordusu güclü müdafiə xətti qurub.

Tkaçuk xatırladıb ki, Rusiya Pokrovsku 2025-ci ilin payızının sonuna qədər ələ keçirməyi planlaşdırsa da, buna nail ola bilməyib: “Artıq bu gün 2026-cı ilin aprel ayıdır, ruslar hələ də aqlomerasiyanı tam ələ keçirməyib. Bu da onların aqlomerasiya daxilində Pokrovsk-Mirnoqraddan qərb və şimala doğru hərəkətlərini dayandırır”.

TVMusavat-ın canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi politoloq Vaqif Hüseynlə müzakirə edir.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

Seçilən
14
musavat.com

1Mənbələr