AZ

Vladiqafqazda pirotexnika anbarında partlayış olub, iki nəfər ölüb, 14 nəfər yaralanıb

Vladiqafqazda pirotexnika məmulatları anbarında baş verən partlayış nəticəsində iki nəfər həlak olub, daha 14 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Son məlumatlara görə, 14 nəfər, o cümlədən iki uşaq xəsarət alıb.

Xilasedicilərin və texnikanın sayı müvafiq olaraq 195 nəfərə və 49 vahidə qədər artırılıb.

Seçilən
18
far.az

1Mənbələr