AZ

Tayvan müxalifətinin lideri Pekində Si Cinpinlə görüşüb

Çin Xalq Respublikasının sədri Si Cinpin Pekində Tayvanın müxalifət partiyası olan "Qomindan"ın lideri Çjen Livenlə görüşüb. Oxuməni.az xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.

Pekinə gəlməzdən əvvəl Tayvan nümayəndə heyəti Ciansu əyalətinə və Şanxaya səfər edib. Çjen mart ayının sonunda Si Cinpin və Çin Kommunist Partiyasının (ÇKP) dəvətini qəbul edib. O, on ildən sonra materik Çinə səfər edən ilk "Qomindan" sədri olub (2016-cı ildə o vaxtkı partiya sədri Hun Süyçu da analoji səfər etmişdi).

Çjen Liven "Qomindan"ın sədri azı bir il əvvəl, 2025-ci ilin oktyabrında seçilib. Si Cinpin onu seçkilərdə qələbəsi münasibətilə təbrik edərək, ÇKP və "Qomindan"ın "birgə inkişafın sürətləndirilməsi və milli birləşmənin təşviqi" məsələsində əməkdaşlıq etmək ümidini ifadə edib.

Çjen daha əvvəl materik Çinə səfər dəvətini "şevinclə" qəbul etdiyini bildirib və Tayvan boğazında sülh və sabitlik üçün "uğurlu ilk addım" atmaq ümidini vurğulayıb.

Tayvan rəsmiləri bu səfərə mənfi reaksiya veriblər. Ada hökumətinin materik məsələləri üzrə komitəsinin sədr müavini Lyan Ventsze bildirib ki, dəvətin məqsədi Tayvanın ABŞ-dan hərbi təchizat almasına mane olmaq və digər ölkələrlə əməkdaşlığa maneə törətməkdir.

Almaz Həsənli

Seçilən
36
1
oxumeni.az

2Mənbələr