AZ

Hörmüz ətrafında 3 mindən çox gəmi keçid gözləyir

Bakı. Trend:

İran ABŞ və İsrail arasında Hörmüz boğazı ətrafında təxminən 3,2min gəmi təhlükəsiz keçid gözləyir.

Trend xəbər verirki, bu barədə "Fox News" telekanalı məlumat yayıb.

Məlumata görə, onların 800-ü tanker və quru yük gəmiləridir.Təhlükəsiz keçidi gözləyən dənizçilərin sayı 20 minə yaxındır.

ABŞ prezidenti Donald Trump aprelin 7-də İranla iki həftəlikqarşılıqlı atəşkəs elan etdiyini bildirib. Onun sözlərinə görə,tərəflər mübahisəli məsələlərin demək olar ki, hamısını həll edibvə Vaşinqton gələcək danışıqlar üçün Tehran tərəfindən irəlisürülmüş 10 bəndlik təklifləri nəzərdən keçirir. Amerika lideriqeyd edib ki, bu qərar İranın Hörmüz boğazı açmağa hazır olmasıfonunda qəbul olunub.

Tehranda isə öz növbəsində bildirilib ki, İslam Respublikasınaqarşı zərbələr endirilmədiyi təqdirdə “müdafiə xarakterli hücumlar”dayandırılacaq. Tərəflər arasında vasitəçi olan Pakistanın başnaziri Şahbaz Şərif onları İslamabad şəhərində danışıqlara dəvətedib.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbiəməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, ocümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasındanqaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İranaendirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah ƏliXamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranınİnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavabəməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamandaballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatlarıilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb.

Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq vədanışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik,müvəqqəti atəşkəs barədə razılığa gəliblər Məlumatlara görə,razılaşma Pakistanın vasitəçiliyi ilə əldə edilib.

Məqalədə:
Seçilən
5
az.trend.az

1Mənbələr